FHN gücləndirilmiş iş rejiminə keçib
29 dekabr, 2016 11:14
Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
1news.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.
1news.az