Gənclər üçün Təhsil Mərkəzi-nin (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
1news.az-a təşkilatdan verilən xəbərə görə, tədbirdə çıxış edən GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verərək, bu günün əhəmiyyətindən söhbət açıb.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün həyata keçirilən bayram tədbirində Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndəsi Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyasının əməkdaşları Ramil Nağıyev , Mehman Novruzov , 2 saylı körpələr evinin direktoru Səadət Həsənova və ADPU Ağcabədi filialının müəllim və tələbə kollektivi çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Sonda “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib.
1news.az