Azərbaycanda 3 nəfər dəm qazından boğulub
29 dekabr, 2016 14:20
Bir gündə üç nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, dekabrın 27-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Pərvanə Xəlilova, Maştağa qəsəbəsində yaşayan Xamoş Əliyeva evlərində, Mingəçevir şəhər sakini Yeganə Quliyeva paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüblər.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
1news.az