“Milli Məclis gələn il “Məzarlıqlar haqqında” qanun layihəsinə baxacaq”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində yeni salınacaq məzarlıqlarda məzar və sinə daşlarının ölçüləri, məzarlar arasındakı məsafə, məzarlıqlarla yaşayış məntəqələri arasındakı məsafə, kimsəsiz insanların dəfn məsələsi yer alıb:
“Bəzən kimlərsə qəbiristanlıqda əlavə yer götürür. İnsan vəfat etmədən məzarlıq yaradırlar. Gələcəkdə buna yol verilməyəcək. Məzarlıqlar haqda yeni qaydalara uyğun olaraq, şəxs vəfat edibsə, o vəfat etdikdə yalnız onun özünün vəsiyyətinə uyğun olaraq, onun yanında kişidirsə, xanımı, xanımdırsa, həyat yoldaşı dəfn oluna bilər. Başqa heç bir halda əlavə yer götürülməsinə icazə verilməyəcək”.
Komitə sədri onu da bildirib ki, yeni qaydalara əsasən, məzarlıqlar yenə bələdiyyələrin sərəncamında olacaq.
1news.az