Bakıda 5000 dollar borcu olan şəxsi hava limanında saxlanıldı - FOTO
28 dekabr, 2016 20:31
Şirkətə borcu olan vətəndaş aeroportdan buraxılmadı.
1news.az fins.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xaricə çıxışına qadağa qoyulan şəxs aeroportdan geri qaytarılıb.
Bu barədə hüquqşünas Pərviz Məmmədov sosial şəbəkədə məlumat verib.
Şirkətlərdən birinə 5000 dollar borcu olan vətəndaş məhkəmə qərarlarına məhəl qoymayaraq borcu ödəməkdən yayınıb. Xaricə çıxışına qadağa qoyulmasını isə hava limanında öyrənib.
Dubayda Yeni il qarşılamağa gedən həmin şəxs geri qayıdaraq borcunu ödəyib. Onun tanınmış şəxs olmasını əsas gətirərək adını açıqlamayıblar.
1news.az