İngilis dilini öyrənmək istəyənlərə stimul verəcək reklam çarxı - VİDEO
28 dekabr, 2016 18:10
Polşada yeni il münasibətilə çəkilən video çarx bir çox istifadəçinin sevimlisinə çevrilib. Hətta bəzi xarici kanallar bu reklamı internetin ən yaxşı yeni il reklam tanıtımı adlandırıblar.
1news.az Technot-yə istinadənxəbər verir ki, reklamın mövzusu yaşlı adamın ingilis dilini öyrənməsidir.
Reklam izləyicilər tərəfindən 13 milyondan çox izlənib.
Çarxda yaşlı adam ingilis dilini öyrənməyə çalışır. Hətta bunun üçün özünə yeni başlayanlar üçün ingilis dili dərsliklər də alır. Yaşlı adamın səbrlə və həvəslə ingilis dilini öyrənməsinin səbəbi isə onu İngiltərədə yaşayan oğlu və nəvəsi ilə əlaqədardır.
Video təsirli olmaqla bərabər çox əyləncəlidir.
1news.az