Xəbərlər

Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsini elan edib
28 dekabr, 2016 14:56

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib.

Fonddan 1news.az-a verilən məlumata görə, müsabiqə 2016-cı il 21 dekabr tarixində keçirilmiş AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də müvafiqdir.

Müsabiqə akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək məqsədi ilə akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir.

Akademik və təhsil müəssisələri Elmin İnkişafı Fondunun qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2015-cı illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 26 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 444 qalib qrant layihəsinin 272-nin (ümumi sayın 61.26%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 74.45%-ni təşkil edir) rəhbərləri akademik qurumları, 129-nun (ümumi sayın 29.05%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 18.75%-ni təşkil edir) rəhbərləri isə 21 təhsil müəssisəsini (18 universitet, 2 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 444 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 65.57%-i (1234 nəfər) akademik, 23.59%-i (444 nəfər) isə ali təhsil qurumlarına aiddir.

Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) 8 nəfərdən, layihələrin icra müddəti 1 ildən artıq olmamalıdır. Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci ilin yanvarın 5-dən fevralın 28-i saat 17.00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə də təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur. Müsabiqənin keçirilməsi qaydaları ilə http://sdf.gov.az saytında tanış olmaq olar. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarlarının və səyyar seminarların keçirilməsi nəzərdə tutulub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.