Artıq 3 ildir Azərbaycanın avtomobil bazarında yer alan Changan markası yerli avtomobil həvəskarlarına bir çox modelləri ilə yaxınlaşa bilib. Müxtəlif seqmentlərdə olan modelləri ilə avtosevərlərin böyük rəğbətini qazanan Changan markası 3 il ərzində həm bazardakı mövqeyini möhkəmlədib, həm də müştərilərinin həyat tərzini maraqlı etməyə çalışıb. Changan klub layihəsi müştərilər tərəfindən böyük sevinclə qarşılanır. Hazırda Changan klub layihəsinin yetərincə üzvləri var.
Changan markası 2014-cü ilin oktyabr ayında Bakıda Changan CS 75 modelini təqdim edib. Təqdimat mərasimindən bir neçə gün sonra avtomobil Bakı küçələrinin bəzəyinə çevrilib. Azərbaycan yollarında özünü doğruldan Changan CS 75 avtomobili qısa zamanda tanınmış avtomobil markaları ilə yanaşı dayanmağı bacarıb.
Azərbaycanda 2017-ci ilin fevral ayında Changan CS 75 modelinin daha da təkmilləşmiş 4 wd versiyası satışa çıxarılacaq. Model interyer baxımından yenilənməyib. Lakin avtomobilin komplektasiyası öncəki versiyadan daha zəngindir. Avtomobil tam versiyada alıcılara təklif olunur. Yeni Changan CS 75 modelidə Changan-ın digər modelləri kimi 120.000 km zəmanətlə satılır. Avtomobilin ilk beş müştərisi Changan-ın Azərbaycanda yeganə və rəsmi distribyutoru olan Sirena Motors tərəfindən 2 nəfərlik, 2 günlük lüks istirahət ilə mükafatlandırılacaqlar.
Yeni Changan CS 75-in təqdimatı 2017-ci ilin fevral ayının sonuna nəzərdə tutulub. Təqdimat mərasimindən iki gün sonra kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə avtomobilin sınaq yürüşü keçiriləcək.
2017-ci ildə Sirena Motors təkcə Yeni Changan CS 75 ilə kifayətlənməyəcək. Belə ki, Changan-ın CS 15 modeli də 2017-ci ildə Bakıda satışa çıxarılacaq. Changan CS 15 modeli kiçik ölçülü şəhər krossoveridir.
Reklam hüququnda