“Metropark Ticarət və Əyləncə Mərkəzi” MMC-də 6 yaşlı qız uşağının baxımsız olaraq eskalatordan istifadəsi zamanı təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi nəticəsində gözlənilməyən üzücü bir hadisə baş verdiyi bildirilib.
Həmçinin Metropark-da hadisə ilə bağlı təəssüfləndikləri bildirilib:
“Valideynlərdən uşaqları ilə birlikdə eskalator, lift və s. kimi avadanlıqlardan istifadə edərkən uşaqlarını diqqətdə saxlamalarını, avadanlıqlardan istifadə qaydalarına düzgün riayət etmələrini xahiş edirik. Ümid edirik ki, bu cür xoşagəlməz hadisə bir daha baş verməz.
Bununla yanaşı, ticarət mərkəzindən bildirib ki, uşaq ayaqqabıda olduğu üçün eskalatorda baş vermiş hadisə anlaşılmazdır. Həmçinin hansı təhlükəsizlik qaydalarının pozulması da aydınlaşdırlır.
Bütün bu suallara cavab Nərimanov rayon prokurorluğunda aparılan araşdırma zamanı aydınalaşdırlacaq.
Xatırladaq ki, dekabrın 22-də Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.
Nərimanov rayon prokurorluğundan bildirilib ki, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.
Uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.
1news.az