Xəbərlər

Turizm Şurasının tərkibi təsdiqləndi
27 dekabr, 2016 23:35

Azərbaycan prezidenti İlham Əliyev ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, fərman Azərbaycan prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamının tətbiqi ilə əlaqədar imzalanıb.  

Fərmana əsasən “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilib.

Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması,  fəaliyyətinin təmin edilməsi və maliyyələşdirilməsinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlər verilib.

Azərbaycan Respublikası Turizm Şurasının tərkibi:

Şuranın sədri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Şuranın üzvləri:

İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Arif Məmmədov – Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Rafiq Cəlilov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Fərhad Tağı-zadə – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Bədəl Bədəlov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Əsgər Ələkbərov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

İlqar Mustafayev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi.

1news.a

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.