Dünyada ən çox silah satan ölkələrin adları məlum olub.
“New York Times” qəzeti ABŞ Konqresinin araşdırma xidmətinə istinadən xəbər verir ki, ABŞ bu il də silah satışındakı liderliyini qoruyub saxlayıb. Belə ki, 2015-ci ildə bu ölkə 40 mlrd. dollar dəyərində silah ixrac edib. İkinci yerdə Fransa qərarlaşıb – 15 mlrd. dollar.
Rusiya 2015-cı ildə silah ixracına görə dünyada ABŞ və Fransadan sonra üçüncü olub.
Rusiya 2015-ci ildə 11,1 mlrd. dollar dəyərində silah satıb. Bu, 2014-cü il ilə müqayisədə bir qədər azdır (11,2 mlrd.).
Çin 2015 ildə 6 mlrd dollar dəyərində silah ixrac edib.
Silah idxal edən ölkələrin siyahısına Qətər başçılıq edir. 2015-ci ildə bu ölkə 17 milyard dollarlıq silah alıb. 12 mlrd. dollarlıq silah idxal edən Misir ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Səudiyyə Ərəbistanı tamamlayır – 8 milyard dollar.
2014-cü ildə dünyada silah satışının ümumi həcmi 89 mlrd. dollar təşkil etdiyi halda, 2015-ci ildə müvafiq göstərici 80,0 mlrd. dollaradək düşüb.
1news.az