Onlayn-kanal “Təhsil TV”-nin efirində yayımlanan “Media ilə üz-üzə” verilişinin budəfəki qonağı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov olub.
1news.az-ın verdiyi xəbərə görə, nazirlə söhbət zamanı təhsil sahəsi ilə bağlı günün ən aktual məsələləri müzakirə olunub.
Verilişin ikinci hissəsində nəzərdə tutulmuş islahatlar qısa zaman ərzində necə həyata keçiriləcək? İlk növbədə nələrə diqqət yetiriləcək? Təhsili bazar iqtisadiyyatının ehtiyaclarına uyğun necə yönəltmək olar? Həmçinin 9 siniflər üçün buraxılış imtahanı zamanı tətbiq ediləcək yeniliklər müzakirə olunub.
Bu və digər məsələlərlə bağlı sualları nazirə “Təhsil TV”-nin aparıcısı Cəsarət Valehov, 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev və ASAN Radio-nun aparıcısı Vəfa Kazdal tərəfindən səsləndirilib.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az