Xəbərlər

TRT-1-in Azərbaycanda yayımı bərpa olunur
27 dekabr, 2016 19:00

“Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla, 2017-ci ilin yanvar ayında bərpa olunacaq”.

1news.az xəbər verir ki, bunu APA-ya TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib.

O bildirib ki, TRT, Azərbaycanın Milli Televiziya və Radio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında telekanalın yerüstü rəqəmli yayımının bərpası istiqamətində müzakirələr aparılır:

“Demək olar ki, bütün məsələlər həll olunub, sadəcə, kağız üzərində bir sıra məqamlar var ki, onlar da həllini tapmalıdır. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Biz nəyin bahasına olursa-olsun, Azərbaycanda TRT-1-in yayımlanmasına davam edəcəyik. Bizim bu istiqamətdə iradəmiz çox güclüdür. 2017-ci ildə rəqəmli yayım üçün lazım olan rüsum TİKA, 2018-ci il üçün isə TRT tərəfindən ödəniləcək”.

Qeyd edək, rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə TRT-1 telekanalının Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.