Cari ildə 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-İslam təmayüllüdür.
Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Quruma nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio, həmçinin videomaterialların, mal və məmulatların, habelə dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi ilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb.
Ümumilikdə, 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.
1news.az