Aydın Əliyev: Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışır
27 dekabr, 2016 18:09
Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə qanunsuz yollarla malların gətirilməsinin qarşısını almaq üçün artıq bir neçə gündür gücləndirilmiş iş rejimində çalışır.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan sərhədi yalnız sərhəd-keçid məntəqələrindən ibarət deyil:
“Bəzən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə hər hansı malların keçirilməsi mümkün olur. Lakin biz bir neçə gündür gücləndirilmiş iş rejimində çalışaraq, daxil olmuş məlumatlar əsasında bir sıra obyektlərdə yoxlama apardıq. Bu yoxlamaların nəticəsi olaraq qanunsuz yolla ölkəyə gətirilən və dövriyyəyə buraxılan malların müsadirəsinə nail olduq”.
1news.az