Bakıda İran dərmanları buraxılacaq
27 dekabr, 2016 14:57
Bakıda Azərbaycan-İran əczaçılıq zavodunun tikintisi planlaşdılılır.
Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib.
Onun sözlərinə görə, müəssisənin təməlinin qoyulmasına gələn ilin yanvarın 15-də Pirallahı sənaye parkında baş tutacaq.
Nazir qeyd edib ki, zavodun təməlqoyma mərasimində İranın müvafiq nazirliyinin nümayəndələri də iştirak edəcək.
1news.az