Çin və ABŞ alimlər qrupu ürək toxumaları üçün süni gövdə hüceyrələri yaradıb.
1news.az ICTnews-a istinadən xəbər verir ki, onlar təbii hüceyrələr kimi eyni üstünlüklərə malik olsalar da, istifadədə hüceyrə terapiyası ilə assosiasiya edilmiş bir sıra risklərdən uzaqdır.
Bundan başqa, yeni hüceyrələri daha yaxşı saxlamaq mümkündür. Onların yaradılması texnologiyası, həmçinin digər hüceyrə tipləri üçün tətbiq edilə bilər.
Məlumata görə, təbii gövdə hüceyrələri vasitəsilə terapiyanın effektiv olmasına baxmayaraq immunitetlə əlaqədar şişlərin yaranmasına və yeni hüceyrələrin ayrılmasına səbəb ola bilər. Həmçinin gövdə hüceyrələri çox incədir və istifadədən əvvəl onları çeşidləmək tələb olunur. Süd qlikol və insanın ürək gövdə hüceyrələri ilə yetişdirilən zülalların miqdarının çoxalması faktorları əsasında yaradılan süni hüceyrələrdə bu çatışmazlıqlar aradan qaldırılıb.
Siçanlar üzərində aparılan sınaqlardan məlum olub ki, yeni hüceyrələr həqiqətən ürək toxumalarının böyüməsinə səbəb olur və infarktdan sonra bərpaya kömək edir.
1news.az