Xəbərlər

KİV Türkmənistandakı ərzaq və nağd pul çatışmazlığından yazıb
27 dekabr, 2016 13:55

Mərkəzi Asiya KİV-inin yaydığı məlumata görə, Türkmənistan iqtisadiyyatında böyük problemlər nəzərə çarpır.

Ölkədə un, qənd və digər ərzaq məhsullarının çatışmazlığı yaranıb, eləcə də banklarda nağd pullar bitib, siqaret almaq isə mümkün deyil.

Ölkə sakinləri səhərdən axşamadək ərzaq növbəsi gözləyir. Lakin rəsmi mətbuat bu xəbəri təsdiqləməyib.

“Qənd, un, bitki yağı və yumurta tamamilə yoxdur”, - jurnalist Fərrux Yusupov “Nastoyaşeye vremya” saytına müsahibə verib.

Ölkə rəsmiləri özlərinə məxsus tərzdə problemlə mübarizə apararaq dövlətin əmin-amanlıq simasını qorumağa çalışırlar:

“Dövlət müəssisələrinin rəhbərləri əməkdaşlara xəbərdarlıq edib ki, onlar mağazalara gedərək növbələrdə dayanmasınlar. Bütün bunlar bayram ərəfəsində ölkə haqda mənfi fikir formallaşdırılmamağa yönəlib”.

Reportajda qeyd edilir ki, dövlət kanalları defisitlə bağlı məlumat vermir. Vəziyyəti nağd pul çatışmazlığı daha da çətinləşdirir:

“Görünür hökumət problemlə mübarizə apararaq onun səbəblərini aradan qaldırmaq əvəzinə, problemin simptomları ilə mübarizə aparır”.

Fergana-News nəşri hələ avqustda bir sıra məhsulların, əsasən də qənd və bitki yağının satışının məhdudiyyəti ilə bağlı xəbər yaymışdı:

“Mağazalarda bitki yağları var, hətta qiymətləri də var, lakin onu almaq olmaz. Satıçılar qeyd edir ki, əgər yağlar satılsa piştaxtalar boş qalacaq. Yuxarıdan göstəriş verilib ki, ərzaqlar mağazalarda qalsın”.

Oktyabr aydında nəşr qeyd edib ki, ölkədə “qara bazar” valyuta sahəsində öz mövqeyini möhkəmlədib. Bu məsələ qonşu Özbəkistanda çoxdandır ki, aktualdır. Dollar rəsmi məzənnədən iki dəfə yuxarı qalxıb.

Məlumatda qeyd edilir ki, ölkənin regionlarında 7 türkmən manatı 1 dollara alınır, 7,20 dollara satlır. Rəsmi məzənnə isə bir dollara görə əvvəlki kimi 3,5 türkmən manatı olaraq alır.

Əməkhaqlarının alınmasında da problemlər yaşanır. Oktyabrın sonunda “Türkmənistanın alternativ xəbərlər” agentliyi bildirib ki, bir çoxlarına aylardır pul verilmir. Bəzilərinin isə bank kartlarından nağd pul çıxarmaqda problemi olur.

Bununla yanaşı KİV bildirir ki, növbələrin şəkilini çəkmək olmaz. Yerli nəşrlər yazır ki, növbələrdə polis və təhlükəsizlik xidmətinin əməkdaşları mülkü formada iştirak edir. Onlar hər şeyə nəzarət edir, daha çox foto və video çəkiləri qadağan edir. 

Daşoğuzdakı “Radio Azadlığ”ın verdiyi xəbərə görə, ticarət mərkəzində polis sakinlərin mobil telefonunu alaraq növbədəki şəkil və videoların çəkilişinə qadağa qoyub.

Türkmənistan mətbuatı sovetlər dönəminə qayıtmaqla bağlı yazıblar. Beləki, həmin zamanlarda istənilən şəhərin əsas atributu olaraq növbələr vardı. Çünkü ərzaq çatışmazlığı kütləvi surətdə vüsət almışdı.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.