Prezident İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanunlarının tətbiqi barədə sərəncam imzalayıb.
2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib.
Hər iki qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1news.az