Dubay polisi mümkün cinayətlərin qarşısını almaq üçün süni intellekt xidmətlərindən istifadə etmək niyyətindədir.
1news.az ICTNews-a istinadən xəbər verir ki, şəhər polisi kompüter təlimi funksiyasına malik süni intellekt sistemindən cinayətlərin proqnozlaşdırılması və elit məhəllələr daxil olmaqla daha təhlükəli ərazilərin aşkarlanması üçün tətbiqini planlaşdırır.
“Space Imaging Middle East’s” (SIME) adlanan yeni proqram təminatının iş prinsipi hazırda praktikada tətbiq edilən sistemlərin analoqudur. Kompleks əvvəllər törədilən bütün cinayətlər, o cümlədən onların təkrar törədilməsi və şübhəlilər haqqında əldə olunan informasiyanı toplayaraq təhlil edir. Polis “SIME” proqram təminatının tövsiyələrinə əsaslanaraq cinayət hadisələrinin daha çox baş verə biləcəyi yerlərdə bölmələrin maksimal sayını təmin edə və ya başqa sözlə desək, diqqəti daha təhlükəli ərazilərə yönəldə biləcək.
“SIME” şirkətinin coğrafi informasiya sistemləri şöbəsinin müdiri Dardcilinq Kar proqram kompleksini şərh edərək diqqəti onun cinayətkarların davranışında incə nüansları aşkarlayan unikal alqoritmə malik olmasına yönəldib və bunun təcrübəli polislərin instinkt və bilikləri ilə birlikdə cinayətlərin qarşısının alınmasında qorxulu güc yaradacağını bildirib.
Qeyd edək ki, ABŞ-da oxşar sistemlərdən “Predpol”, “HunchLab” və s. analoji komplekslərin çoxillik mənfi istismarı təcrübəsi ilə əlaqədar istifadə olunmur.
1news.az