Dünyanın bir sıra dövlətlərinin prezident və liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubları göndərməkdə davam edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov, Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut, Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri Milo Cukanoviç və Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel də dövlət başçımızı təbrik edərək, səmimi arzularını dilə gətiriblər.
1news.az