Xəbərlər

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir
26 dekabr, 2016 16:45

“Azərbaycan dilinin akademik qrammatikası” yazılmalı və bütün universitetlər vahid qrammatikadan istifadə etməlidir.

1news.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin akademik qrammatikası 1960-70-ci illərdə yazıldığı üçün artıq köhnəlib. Eyni zamanda, bu qrammatikada elmi baxımdan çoxlu mübahisəyə səbəb olan məsələlər var:

“Bu qrammatika həmin dövrün tələbləri ilə, rus dilinin təsiri altında yazılıb. Bu qrammatikada həm ümumi dilçilik, həm də milli xüsusiyyətlər baxımından problemlər var. Müstəqillik dövründə dilimizdə xeyli inkişaf və dəyişikliklər olub. Bunlar akademik səviyyədə izah olunmalıdır”.

Dilçi alimin sözlərinə görə, müstəqillik illərində ayrı-ayrı universitet müəllimləri tərəfindən qrammatikaya aid kitablar yazılsa da, onların hər birində proseslər fərqli formada anlaşılır:

“Akademik qrammatika bir müəllif tərəfindən yazıla bilməz. Burada özfəaliyyətə yol verilə bilməz”.

N.Cəfərov qeyd edib ki, artıq mütəxəssislərin mükəmməl akademik qrammatika yazması üçün böyük zərurət yaranıb.

Alim hesab edir ki, yeni akademik qrammatika Dilçilik İnstitutunun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət xüsusi komissiya tərəfindən yazılmalı və razılaşdırılaraq çap edilməlidir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.