Almaniyada bomba həyəcanı: 54 min insan təxliyə edilib
25 dekabr, 2016 17:47
Bu gün səhər saatlarından etibarən Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərində təxminən 54 min insanın təxliyəsinə başlanılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb şəhərdə 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi zamanı Britaniya ordusuna məxsus bombanın tapılmasıdır.
Təxliyə işlərinə 900-dək polis işçisi cəlb edilib.
Dekabrın 20-də aşkarlanan və 1,8 ton çəkiyə malik bombanın zərərsizləşdirilməsinə bu gün günorta saatlarında başlanılacaq. Hakimiyyət orqanları bombanın tapıldığı ərazidə 1500 diametrlik sahədə mühafizə zonası yaradıblar. Bombanın zərərsizləşdirilməsi prosesi təxminən 5 saata yaxın davam edəcək.
1news.az