26 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb
25 dekabr, 2016 17:20
Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Türklər qəsəbəsində baş verib.
Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
1news.az