Azərbaycanın əməkdar rəssamı vəfat edib
24 dekabr, 2016 20:28
Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.
1news.az xəbər verir k, bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.
N. Mətinin sözlərinə görə, F. Qulamov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.
Allah rəhmət eləsin!
1news.az