“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
23 dekabr, 2016 11:07
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova 1news.az-a bildirib ki, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək:
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı