Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılıb
23 dekabr, 2016 21:46
Bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, içərisində 7-si heyət üzvü olmaqla 118 nəfər olan təyyarə daha sonra Maltaya enib.
Təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıblar, özləri isə Malta hökumətinə təslim olublar.
Təyyarəni qaçıranların iki nəfər olduğu deyilir. Hazırda faktla bağlı araşdırma aparılır.
1news.az