Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm”.
Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç də doğum günü münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyevə ən xoş arzularını çatdıran T.Nikoliç birgə səylərin iki ölkənin xalqları arasındakı dostluğu möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələri gücləndirməyə xidmət edəcəyinə əminliyini ifadə edib.
1news.az