Olimpiya çempionlarının təqaüdü artırıldı
23 dekabr, 2016 18:32
Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1000 manatdan 1300 manatadək artırılıb.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, sözügedən fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1news.az