2005-ci ildə “Nurgün” şirkətlər qrupunun fəaliyyətə başlayan “Bello” məişət kimyası müəssisəsi geniş çeşidli və keyfiyyətli məhsulları ilə ölkə əhalisinin rəğbətini qazanmaqda davam edir.
Bunun nəticəsi olaraq dünya standartlarına uyğun xammaldan hazırlanan “Bello” yuyucu vasitələri nüfuzlu “Biznes Time” jurnalı tərəfindən təqdim olunan “2016-cı ilin Ticarət Markası” nominasiyasına layiq görülüb.
Qey edək ki, “Yüksək keyfiyyət, sərfəli qiymət” şüarı altında fəaliyyət göstərən müəssisənin məhsulları yükək keyfiyyəti ilə seçilir. Sərfəli qiymətə yüksək keyfiyyət əldə etmək istəyənlər üçün optimal variant olan “Bello” məhsulları bol çeşidləri ilə fərqlənir. Bu gün “Bello” geniş məhsul sırasına məxsusdur. Bunlardan “Bello” anti-bakterial əl sabunu, maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, hava təravətləndiriciləri, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici), yuyucu toz, paltar yumşaldıcısı və rəng qoruyucu, səth təmizləyici krem, kir və pas təmizləyici vasitələri kimi populyar məhsulları vurğulamaq olar.
Müəssisə “Bello”nun məhsul və çeşidlərini artırmaq və yeniləmək istiqamətində ardıcıl addımlar atır. Təsadüfi deyil ki, “Bello” yuyucu vasitələri “Məişət kimyası məhsulları üzrə yüksək keyfiyyət standartları” mükafatına da layiq görülüb.
5 il əvvəl bazarda payı 10% çərçivəsində olan “Bello” məhsulları bu rəqəmi ikiqat artıraraq 20%-ə çatdırıb. Bu rəqəmlər “Bello”nun artan nüfuzunu, alıcı məmnuniyyəti və rəğbətinin göstəriciləridir.
Manatın devalvasiyası yerli istehsalçıların rəqabət gücünü yüksəldir. Belə ki, ölkə xaricindən idxal olunan maye sabunlar, qabyuyan mayelər, yuyucu toz kimi məhsulların qiymətləri artdığından, müqayisədə daha ucuz, lakin eyni, bəzi hallarda isə daha yüksək keyfiyyətə malik olan “Bello” məhsullarına təlabat nəzərəçarpacaq dərəcədə artır.
“Həm məhsullarımızın keyfiyyəti yüksəkdir, həm də qiyməti münasibdir. Buna görə, satışlarımız artan dinamika ilə davam edir”, - deyə müəssisədən bildirirlər.
Şirkət məhsul sırasının genişləndirilməsinə, alıcıların artan tələblərinə cavab verən məhsulların istehsalına xüsusi diqqət yetirir.
“Bello”nun yeni məhsullarından olan “Airfresh” hava təravətləndiriciləri, 4 fərqli ətirə sahib çeşidləri ilə alıcıların istifadəsinə verilmişdir. Yeni “Airfresh” hava təravətləndiricilərindən evinizdə, ofisinizdə, avtomobilinizin salonunda və xoş ətir hiss etmək istədiyiniz hər yerdə istifadə edə bilərsiniz. Yüksək keyfiyyətə malik olan “Airfresh” hava təravətləndiriciləri uzun müddətli qalıcı xoş ətirə sahibdir. “Bello Air Fresh”in 2dağ çiçəkləri”, “sitrus təravəti”, “yay meyvələri” və “yaz yağışı” ətirləri insanda xoş, pozitiv ovqat yaradır.
Və yaxud “Bello Ov” mətbəxdə və hamam otağında çox istifadə olunan gigiyenik təmizləyici vasitədir. Toz halında olan “Bello Ov”u digər tozlardan fəqrləndirən əsas üstünlüyü odur ki, onun tərkibində mərmər tozu yoxdur. Bu, mətbəx və hamamda əşyaların silinməsi zamanı cızılmanın qarçısını alır, “Bello Ov”dan rahat istifadə etməyinizə şərait yaradır. Bu universal təmizləyici vasitə həm təmizlik işini görür, həm təmizlədiyi səthi parıldadır, həm də mikrobları öldürür.
“Bello”nun geridə qalan illər ərzində formalaşdırdığı müsbət imic, keyfiyyətli məhsulları ilə qazandığı alıcı rəğabəti və yüksək mükafatlar Azərbaycan iqtisadiyyatının yerli istehsal sahəsində aparıcı güclərindən olan şirkətin düzgün yolda olduğunun nümunəsidir.
Təsadüfi deyil ki, “Bello” “2016-cı ilin Ticarət Markası” seçilir. Bu yüksək mükafat “Bello” markasının sahibi “Nurgün” şirkətlər qrupunun çoxminlik kollektivinin zəhmətinə verilən qiymətdir.
Şirkətdən əminliklə bildirirlər ki, müasir texnologiyalara və ictimai rəyə əsaslanaraq alıcılarını yüksək keyfiyyətli məhsullarla təmin edən “Bello” yuyucu vasitələri uzun illər ölkə istehlakçılarını sevindirməkdə davam edəcək.
Reklam hüququnda