Facebook sosial şəbəkəsi “Live Audio” adlı audioyayım xidmətini istifadəyə verib: kontentin çatdırılması üzrə yeni sistem hələ k, sınaq rejimində işləyir.
Məlumata görə, real vaxt rejimində audioyayım müsahibə təşkil etməyə və səsli formatda müxtəlif materialları paylaşmağa imkan verəcək. Bəzi hallarda belə yanaşma videoseanslardan daha faydalı ola bilər.
“Live Audio” xidməti reportaj buraxılış qabiliyyəti aşağı olan kanalın köməyi ilə internetə qoşulma zamanı aparıldıqda, həmçinin faydalıdır.
“Facebook” istifadəçiləri “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda “Live Audio” xidmətindən istifadə zamanı, hətta başqa proqramla işlədikdə və ya cihazı blokladıqdan sonra materiallara qulaq asa biləcəklər. “iOS” istifadəçiləri isə sosial şəbəkənin başqa bölmələri ilə işləyə-işləyə audioyayımı dinləyə biləcəklər.
“Live Audio” xidməti gələn ilin əvvəlində hər kəs üçün əlçatan olacaq.
3dnews.ru