Xəbərlər

Gəncədə ixtisaslaşdırılmış “yaşıl market” yaradılır
22 dekabr, 2016 17:57

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.  

1news.az-ın məlumatına görə, dekabrın 22-də bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Gəncə şəhərində keçirilib.

150-ə yaxın sahibkarın iştirak etdiyi forumda Gəncə şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, süni üzlüklər və dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Fondun vəsaitləri hesabına Gəncə şəhərində sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 milyon manat güzəştli kredit verilib.

Qeyd edilib ki, ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahərinin inkişafına yönəldiləcək və 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, dövlətin güzəştli krediti hesabına Gəncə şəhərində yaradılan ixtisaslaşdırılmış “yaşıl market” kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə indiyədək dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış “yaşıl market”in yaradılmasına 15,7 milyon manat güzəştli kredit verilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.