Prezident Gürcüstan, Braziliya və Belarusa yeni səfirlər təyin edib
21 dekabr, 2016 20:50
Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının digər sərəncamları ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında, Lətif Seyfəddin oğlu Qəndilov isə Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin ediliblər.
1news.az