Xəbərlər

Azad Rəhimov: Xalqımız ermənilərin bu vəhşiliklərini heç vaxt unutmayacaq
21 dekabr, 2016 16:24

Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-maddi, mədəni, tarixi abidələr məhv edilir. Bu vəhşiliklər əvvəlcə İrəvanda, sonra Zəngəzurda, Vedibasarda, Göyçədə və s. yerlərdə təkrarlanıb. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. İrəvanda minlərlə tarixi abidələrimiz məhv edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu fikri  bu gün “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib:

“Hörmətli xanımlar və cənablar!

Üç il əvvəl Gənclər və İdman Nazirliyinin iştirakı və dəstəyilə bir neçə gənclər təşkilatları birgə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq Virtual Qarabağ İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılıb.

Mərkəzin əsas məqsədi Dağlıq Qarabağ haqda məlumat vermək, onun tarixi, mədəniyyəti, memarlıq abidələri, tanınmış şəxsiyyətləri haqda internet resurs bazası yaratmaqdır.

Bu məlumatlar təkcə Azərbaycanın gəncləri üçün deyil, eləcə də digər ölkələrin nümayəndələri, tədqiqatçıları üçün məna kəsb edir. 2013-cü ildən başlayaraq Mərkəz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir sıra layihələr həyata keçirib. Bu layihələr gənclərə Ermənistanın işğalı nəticəsində Azərbaycan topraqlarında baş vermiş faciələr və onların fəsadlarını göstərir. Həmçinin erməni yalanlarına qarşı mübarizədə əsas köməkçi vasitə olur.

Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-maddi, mədəni, tarixi abidələr məhv edilir. Bu vəhşiliklər əvvəlcə İrəvanda, sonra Zəngəzurda, Vedibasarda, Göyçədə və s. yerlərdə təkrarlanıb. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. İrəvanda minlərlə tarixi abidələrimiz məhv edilib.

Bu gün Virtual Qarabağ İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış növbəti layihə “İrəvan – gizlədilmiş həqiqətlər” adlı sənədli filmi təqdim edildi. AMEA-nın Tarix İnstitutu tərəfindən hazırlanmış film arxiv materiallar, elmi tədqiqatlar  və araşdırma materialları üzərində qurulub.

Xalqımız ermənilərin bu vəhşiliklərini heç vaxt unutmayacaq. Prezidentimiz İlham Əliyev İrəvanla bağlı fikirində bildirib ki, “Nəinki Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizimdir, bizim tarixi torpaqlarımızdır. Və biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.

 1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.