Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyində yoxlama aparılıb
20 dekabr, 2016 23:01

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan 1news.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən və "Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu"ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. İclasda cari məsələlərə də baxılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.