Almaniyada qanlı gecə: 12 nəfər öldü, 50-yə yaxın insan yaralandı
20 dekabr, 2016 09:47
Almaniyanın paytaxtı Berlində keçirilən Yeni il yarmarkasında terror hadisəsi törədilib.
1news.az-ın məlumatına görə, naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Yük maşınının sürücüsü saxlanılıb. Onun Əfqanıstandan və ya Pakistandan olduğu bildirilir.
Hadisənin terror aktı olduğu ehtimal edilir. Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı