Bir qrup azərbaycanlı ana, ana südü ilə qidalandırmanın lehinə keçirilən sosial layihədə iştirak etdi. Layihənin təşəbbüsçüsü qismində– Bakıda təşəbbüskar anaların yeganə birliyi olan “Active Mom’s Club” çıxış etdi.
Bu layihənin məqsədi – döşlə əmizdirmənin nəinki körpələrin, həm də anaların sağlamlığı üçün böyük faydası olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Layihədə iştirak edən qadınlar öz hekayələri ilə bölüşdülər, onların fikrincə bu, öz gücünə inanmayan, süni qidalandırmaya üstünlük verərək döşlə əmizdirmədən imtina edən bir çox anaları ilhamlandıra bilər.
Layihəyə müxtəlif yaşlardan və müxtəlif peşə sahibləri olan 9 ana, 2 mütəxəssis və 6 nəfərdən ibarət təşkilat komitəsi cəlb olunmuşdu.
ÜST mütəxəssisləri altı ayınadək körpələri müstəsna olaraq ana südü ilə qidalandırmağı, daha sonra lazımi əlavə qida ilə birlikdə döşlə əmizdirməni iki yaşadək və ya daha çox davam etdirməyi tövsiyə edirlər. Lakin, ÜST-ün statistikasına görə, bütün dünyada uşaqların yalnız 38%-i altı aylarınadək təkcə ana südü ilə qidalanırlar.
Bu problem Azərbaycanda çox aktualdır və problemin ictimaiyyətə, xüsusilə də gənc valideynlərə çatdırılmasının yeni üsullarına ehtiyac duyulur. Bu layihə çərçivəsində onun təşkilatçıları döşlə əmizdirməyə həsr edilmiş foto- və videosessiyaların yaradılmasında öz səylərini birləşdirmişlər.
Yana Lyubimenko, tatu ustası, qız anası
“Döşlə əmizdirmə - məni öz körpəmlə daha möhkəm və daha yaxından bağlayan bir bağdır, biz onunla bir bütün oluruq. Bu gün bu – düşünülməsi mümkün olan ən yaxşı, təbii və sadə bir fikirdir”.
Raminə Mürşüdova – səfirliyin əməkdaşı, iki qız anası
“Bu, çox yaxınlaşdırır, hər iki qızımı ana südü ilə qidalandırmışam , bu – kosmik bir əlaqə idi. bunun barəsində düşünmürsən, bunu sözlə təsvir etmək asan deyil, bu – izah edilməz hisslər dəryasıdır: analar və körpələr üçün qarşılıqlı toxunuşlar həyati baxımdan vacibdir”.
Ellis Abbaszadə, evdar qadın, beş uşaq anası
“Bu, məni xoşbəxt edir, bu yolla mən özümə verdiyim dəyəri yüksəldirəm. Mən uşaqlarımın beşini də ana südü ilə qidalandırmışam, bu yolla da onlara təkcə hədsiz sevgi və hərarət deyil, həm də sakitlik və təhlükəsizlik hissini bəxş etmişəm”.
Zarina Oruc, jurnalist, qız anası
“Döşlə qidalandırma mənə sevməyi öyrətdi. Bu gün mən deyə bilərəm ki, həyatımızın istənilən, hətta ən xoşagəlməz anında belə mən öz körpəmi sevirəm: biz hər zaman vəhdət təşkil edirik və indi mən o zamanları xoş hisslərlə xatırlayıram”.
Emma Ələkbərzadə, müğənni, oğul anası
“Oğlum mənim həyatıma ən böyük xoşbəxtliyi gətirdi. Mən ona möhtəşəm, cəsur, ədalətli döyüşçü olan çar Davidin adını verdim. Mən inanıram ki, ad insanın taleyinə təsir edir. David cəsur, xeyirxah və gülərüz oğlandır”.
Samirə Hüseynova, plastik cərrah, dörd uşaq anası
“Əmizdirmə vaxtı, - özünəməxsus ritualdır. Bu, baxışların görüşü, gecikdirildiyində üsyana çevrilən həris səbirsizlikdir – bütün proses unudulmazdır. Daha sonra isə bu balaca möcüzə ilə vəhdət hissi yaşanır, bu hiss ananı xoşbəxt edir və sakitləşdirir”.
Mələk Mirzəyeva, fotoqraf, iki oğul anası
“Mən düşünürdüm ki, ana olmaq asandır – qlamur jurnallarda təsvir edildiyi kimi asan, xoş və sadədir. Lakin dələduzlarım dünyaya gələndə mən başa düşdüm ki, bu, böyük zəhmət, öz üzərində daima işləmək deməkdir. Mənim oğlanlarım böyüyür və onlarla birlikdə mən də böyüyürəm” .
Səidə İsmayılova, televiziya kanalının əməkdaşı, əkiz uşaqların anası
“Körpənin ilk dəfə əmizdirilməsi üçün döşə yaxınlaşdırıldığı o an çox sehrli məqamdır. Bu anda o qədər zəriflik var ki, mən hər zaman öz əkizlərimi əmizdirərkən onları qucaqlayır və onlar üçün zümzümə edirdim”.
Naina İbrahimova, aktrisa, oğul anası
“Həyatda yəqin ki, bir möcüzə var – bu da uşağın dünyaya gəlməsidir. Körpəni ilk dəfə palataya yanıma gətirəndə mən gözlərimi yuma və ya sakitcə uzana bilmirdim, körpənin heç bir probleminin olmadığına əmin olmaq üçün hər an dik atılırdım. Mən indiyə qədər öz övladımın üstündə əsirəm, birdən yıxılar, xəstələnər və s.” .
Günel Ravilova – rəssam, iki oğul anası
“Böyük oğlumda döşlə əmizdirmə ilə bağlı mübahisə var idi: həkimlər deyirdilər ki, ana südü körpəyə bəs etmir, ona əlavə qida vermək lazımdır. Kiçik oğlumda isə heç kimə qulaq asmadım, oğlum özü də müxtəlif qarışıqlardan imtina etdi, ana südü ilə qidalandı”.
İlahə Qazi, dekorator –rəssam, üç uşaq anası
“İki böyük uşağını ana südü ilə qidalandıran və ən kiçik övladını da əmizdirməyə davam edən bir ana kimi deyə bilərəm ki, bu çox rahatdır, mümkündür, vaxta və büdcəyə qənaətdir. Fizioloji sağlamlıqdan əlavə, körpələr döşlə əmizdirilərkən anadan heç bir şeylə əvəz edilməyən psixiloji auranı alırlar, bu isə stressi aradan qaldırmaq üçün çox güclü vasitədir”.
Ruhiyyə Əşrəfli, Active Mom’s Club-ın təsisçisi, oğul anası
“Mən döşlə əmizdirməni seçdim, çünki bu yolla mən öz oğluma sevgimi təzahür etdirdim. Oğlumu anadan olandan iki yaşınadək əmizdirmişəm. Analıq məni xeyli dəyişdirdi, mənim oğlum böyüyür, dəyişirdi, onunla birlikdə mən də dəyişirdim – mənim daxili aləmim yaxşı istiqamətdə dəyişdi. Oğlum – bu həyatda başıma gələn ən yaxşı hadisədir”.
Analar cəmiyyəti haqqında!
Active Mom’s Club – Bakı şəhərində anaların, təhsilləndirici və maarifləndirici xarakterli tədbirlər keçirən yeganə birliyidir . Bu -analar və müxtəlif profilli mütəxəssislər arasında təkcə uşaqların tərbiyəsinə və inkişafına deyil, həm də müxtəlif yaşlarda və müxtəlif peşə sahibləri olan qadınların şəxsi inkişafına dair ünsiyyət, təcrübə və bilik mübadiləsi üçün məkandır. 2014-cü ilin yanvar ayında Facebook sosial şəbəkəsində gənc anaların ünsiyyət qurması üçün faydalı bir qrup yaradıldı, hazırda həmin qrupda qadınların sayı 4000 nəfər təşkil edir. Cəmiyyət özünün 3 yaşını qeyd etməyə hazırlaşır!
Qapalı qrup: https://www.facebook.com/groups/activemomsclub/
Şəxsi səhifələr:
https://www.facebook.com/ActiveMomsClub/
https://www.instagram.com/activemomsclubbaku/
Arzu və təkliflərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 50 365 45 71