Xəbərlər

“Hindistandan gətirilən peyvəndlərin arasında keyfiyyətsizləri də olur” - AÇIQLAMA
20 dekabr, 2016 15:18

Azərbaycana peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ölkələrdən gətirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev.

O deyib ki, ÜST kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir:

“Peyvəndlər də digər dərman preparatları kimi dövlət qeydiyyatından keçməlidir. Onlara istifadə üçün 5 illik qeydiyyat vəsiqəsi verilir. Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı, onların qablaşdırılma, içlik vərəqəsi olmalıdır”.

P. Hacıbalayev əlavə edib ki, bəzən Hindistandan gətirilən peyvəndlərin pis olduğu deyilir:

“Düzdür, aralarında keyfiyyətsizləri də olur. Əslində Hindistanda yaxşı peyvənd istehsalçıları var. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amil mövcuddur. Bu zaman genetik faktorlar da rol oynaya bilər”.

Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə qeyd edib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə narahat olurlar:

“Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnə olduğu üçün əlavə təsirləri  yaranır. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.