İki müğənni toyda mikrafon üstündə dava edib - VİDEO
20 dekabr, 2016 14:43
Tanınmış müğənni Yaşar Cəlilovun toyda başına iş gəlib.
1news.az xəbər verir ki, o, bu haqda “ATV Maqazin onlarla” verilişində bildirib.
O deyib ki, Rusiyada baş tutan məclislərin birində müğənni həmkarı mikrafonu ona vermək istəməyib:
“Tutdum yaxasından və dedim ki, məni başqası ilə səhv salmasın. Sonra mikrafonu aldım ondan”.
Y.Cəlilov bu hal başqa məclislərdə də bir neçə dəfə təkrarlanıb və buna görə özünə mikrtafon hazırladıb:
“Bəzi əməkdar artistlər var ki, onlar da mikrafonu başqasına verməyi xoşlamırlar. Əgər bu hal davam etsə, toyloara öz mikrafonumla gedəcəyəm”.
Daha ətraflı sujetdən izləyək:
1news.az