Xəbərlər

Dəm qazı faciəsi: necə qorunmaq olar? – İzahlı VİDEO
19 dekabr, 2016 12:14

Havaların soyuq olduğu vaxtlarda məişətdə dəm qazı ilə zəhərlənmənin artması müşahidə olunur. Bu ondan irəli gəlir ki, isti günlərdən fərqli olaraq soyuq günlərdə yanacaq sərfi daha da artırılır və mənzilin pəncərələri isə bağlanır.

Oksigen sərfi yanacağa uyğun olaraq çoxalsa da, havanın mənzilə axını dayanır və bu halda tüstü borusu da tüstünü çəkmir. Üstəlik də hamamdan istifadə edən şəxslər adi günə nisbətən daha isti su ilə çimdiklərindən su buxarı da vanna otağındakı oksigenin faizini daha da azaldaraq orada yanacağın natamam yanmasına şərait yaradır. Beləliklə həmin sahələrdə dəm qazının miqdarı təhlükəli həddə çatır.

Dəm qazı ilə zəhərlənmədən qorunmaq üçün;

* Pəncərələri açıq qoymaqla mənzilin havasını tez-tez dəyişmək lazımdır

* Sobalar, kaminlər, tüstü boruları və ventilyasiya sistemi yaxşı işləməlidir

* Hava axınının hamama rahat daxil ola bilməsi üçün hamamın qapısının aşağısında geniş deşiklər olmalıdır (hamamın qapısında deşiklər olmadıqda qapını azca aralı saxlamaq məsləhət görülür)

* Yuyunarkən hamama yaxın olan pəncərəni açıq saxlamaq lazımdır

* Ailənin digər üzvləri mənzildə olarkən hamamdan istifadə etmək daha məsləhətdir və yaxşı olar ki, uzun zaman keçdikdə onlar hərdən səslənərək hamamdan istifadə edən kəslərdən hər şeyin düzgün olub-olmadığını xəbər alsınlar

Dəm qazı ilə zəhərlənənlərə ilk yardım etmək üçün öncə aşağıda göstərilənləri yerinə yetirmək lazımdır:

* Yanacağı söndürmək

* Dəm qazı ilə zəhərlənən şəxsi tez təmiz havaya çıxarmaq

* Həkim çağırmaq

* Əgər zəhərlənən şəxsin huşu özündədirsə, onu uzatmalı və onu təmiz hava ilə davamlı təmin etməli

* Əgər zəhərlənən şəxs huşsuzdursa, təcili yardım gələnədək və ya o özünə gələnədək ona süni nəfəs verilməli, ürəyi masaj edilməlidir

Xəsarət alanı təhlükəli zonadan çıxararkən ilk növbədə özünüzü dəm qazı ilə zəhərlənmədən qorumağı unutmayın. Bunun üçün tez hərəkət etməli və cib dəsmalı, yaxud tənzif vasitəsilə nəfəs almaq lazımdır.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.