“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinə yekun vurulub.
1news.az-a Bakı Şəhər Təhsil İdarəsindən verilən xəbərə görə, müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarətdir.
Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər.
Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib.
Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb İcmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.
Tədbirdə “Məktəb icmaları” layihəsi və “İdeya 2017” müsabiqəsi haqqında geniş məlumat verilib, valideynlərin məktəb və şagird həyatındakı rolunun vacibliyi, müsabiqənin şagirdlərin praktik və sosial bacarıqların hərtərəfli inkişafına təsiri nəzərə çatdırılıb. Qeyd olunub ki, valideynlərin məktəb həyatında fəallığı məktəb-şagird-valideyn münasibətlərinə olduqca müsbət təsir göstərir.
Daha sonra tədbir mükafatlandırılan layihələrdə əks olunan ideyalar və irəli sürülən təkliflərin müzakirəsi ilə davam edib.
1news.az