Bu gün Beynəlxalq Yoxsullara Yardım Günüdür.
Qeyd edək ki, Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib.
Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
Hazırda yoxsulluq bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə ictimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir.
Bu günə qədər BMT tərəfindən yoxsulluğun kökünün kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ də yoxsulluq həddində yaşayanların sayı azalmır.
Azərbaycana gəlincə, rəsmi rəqəmlərə görə, son on il ərzində ölkəmizdə yoxsulluq 50 faizdən 5 faizə qədər azalıb.
1news.az