Ətrafımızda imkansız ailələr çoxdur – onların hər birinə kəməklik göstərmək mümkün deyil, lakin həmin ailələrdən yan keçməyə də vicdanımız imkan vermir.
Bunu 1news.az-ın müxbirinə ürək qüsuru olan uşaqlara yardım edən, “Uşaqların xoşbəxt gələcəyi” xeyriyyə təşkilatının direktoru Nərgiz Babayeva-Kərimova bildirib.
Hazırda təşkilat əsas təyinatından başqa, imkansız ailələrə maddi dəstək də göstərir. Təşkilat olduqca acınacaqlı vəziyyətdə yaşayan bir ailənin məişət imkansızlıqlarını aradan qaldırmağı qarşısına məqsəd qoyub.
Ailənin başçısı Namiq Gülməmmədov əvvəllər “Sədərək” ticarət mərkəzində satıcı işləyirmiş. İqtisadi böhranla əlaqədar ixtisara düşüdüyü üçün bir neçə həftə öncə Voronej vilayətinə qazanc dalınca gedib. Namiq bir müddət vətəndən kənarda qalaraq ailənin dolanışığı üçün pul qazanmaq istəyir. Ailənin xanımı, oğlu Məhəmməd və qızı Rəna isə Bakıda yaşayış üçün heç bir vəsait olmadan qalıb.
“Bir ildir ki, bu ailəni ərzaqla təmin edirik. Yaxın günlərdə balaca Rəna mənə təsirli ismarış yazıb. O, yazıb ki, qaz üçün pulları yoxdur və onlara köməklik göstərməyi xahiş etdi. bir düşünün, onun cəmi 12 yaşı var. O isə artıq qaz problemini düşünür. Bundan sonra onların evlərinə getmək qərarına gəldim. Orada gördüklərimdən heyrətə gəldim...”.
Oradakı mənzərə çox dəhşətli idi: qapı sındırılmış, taxta qapılardan şaxtalı hava isə evə dolur. Döşəmədə heç bir örtük yoxdur, sadəcə qonşuların verdiyi köhnə xalçalar var. Məhz burada – mükünsüz şəraitdə ailə və uşaqları yatırmış.
Bütün bunlarla yanaşı, evdə isti su da yoxdu. Buna görə də uşaqlar bu soyuq havada biz kimi suda yuyunmalı olurlarmış:
“Evin şəkilərini Facebook səhifəmdə paylaraq dost və tanışları yardım etməyə səslədim. Nəticədə çoxlu sayda başqasının dərdinə şərik olmaq istəyən insanlar cavab verdi. Hazırda həmin insanların köməyilə 3100 AZN toplanıb. Həmin evin tam təmir olunması üçün əlavə 10 000 AZN lazımdır. Əgər bu vəsait toplarsa uşaqlar isti evdə, yumşaq çarpayıda yata biləcəklər”, - deyə Nərgiz bildirib.
Onun sözlərinə görə, toplanan pulların hesabına tikinti materiallarının bir hissəsi alınıb. Bir neçə gündür ki, bu evdə ustalar işləyir. İlk olaraq sanitar qovşağı və mətbəx təmir olunacaq. Daha sonra maliyyə vəsaiti imkan verərsə otaq da təmir olunacaq.
Qeyd edək ki, Nərgiz Babayeva-Kərimovanın rəhbərlik etdiyi təşkilat birinci dəfə deyil ki, imkansız ailələrə yardım edir. Bu, artıq dördüncü mənzildir ki, təşkilat onu yenidən təchiz edəcək. Sonuncu dəfə təşkilatın yardımı ilə qəbristanlıqda yaşayan ailə üçün rahat ev düzəldilib.
Hər bir kəsi az da olsa maliyyə dəstəyi göstərməklə soyuq gecələrdə şəraitsiz evdə yaşayan ailəyə yardım etməyə səsləyirik.
Məsələ ilə bağlı Nərgiz xanıma (050) 611-62-02 zəng etməklə və ya Facebook səhifəsinə yazmaqla əlaqə saxlaya bilərsiniz.