Məşhur supermarketdən çörək fırıldaqçılığı - FOTO
19 dekabr, 2016 14:36
“Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb.
1news.az xəbər verir ki, bu barədə Bakı sakini Mahir Məmmədlinin AzNews.az-a məlumat verib.
O, Əsəd Əhmədov küçəsindəki “Bizim Market” mağazasından çörək alıb. Evdə çörəyin köhnə olduğunu anlayan sakin çörəyin üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.
Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.
1news.az