Xəbərlər

Bakıda zənbildən tapılan uşaq xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
19 dekabr, 2016 16:41

Dekabrın 17-də Bakının Sabunçu rayonunda küçədə zənbildən tapılan 1 aylıq oğlan uşağı xəstəxanaya yerləşdirilib.

Körpənin yerləşdirildiyi körpələr evindən Lent.az-a bildirilib ki, uşaq müəssisəyə gətirilərkən qızdırmalı vəziyyətdə olub və ilkin müayinə zamanı onun ağ ciyərlərində sətəlcəm əlamətləri müəyənləşdirilib.

 Küçəyə atılmış körpə dərhal paytaxtın ixtisaslaşmış xəstəxanalarından birinə yerləşdirilib. Məlum olub ki, xeyli vaxt şaxtalı havada küçədə-zənbilin içində qalmış körpənin daxili orqanlarına soyuq olub.

Körpənin müalicə olunduğu xəstəxanadan Lent.az-a bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.

14:24

Sabunçu rayonunda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verilib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, uşağı bölmə əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi, ev 22 A-nın qarşısında tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik körpənin valideynləri müəyyən edilməyib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.