Xəbərlər

Azərbaycanda 60 nəfər araqdan zəhərlənib
19 dekabr, 2016 14:11

Spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir.

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: “Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır”.

Baş toksikoloq qeyd edib ki, bu il spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə 60-a yaxın şəxs mərkəzə müraciət edib. “Spirtli içkilərdən, əsasən araqdan zəhərlənmə ilə bağlı müraciətlər edilir. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyyəsində ağrılar meydana gəlir”. 

A.Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: “Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib. Ümumilikdə isə keçən il spirtli içkilərdən zəhərlənmə ilə bağlı 52 nəfər mərkəzə müraciət etmişdi”.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.