Xəbərlər

Bakıda uşaq bağçasında baş verən hadisə ilə bağlı açıqlama - VİDEO - FOTO
19 dekabr, 2016 13:45

Bakının Fatmayı kəndinin sakini Xədicə Əliyeva 4 yaşlı oğlunun tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir.

1news.az xəbər verir ki, Xədicə Əliyeva ``Facebook`` profilində 4 yaşlı oğlunun Fatmayı kənd uşaq bağçasının müəllimi tərəfindən döyülməsi ilə bağlı video paylaşıb və bunları qeyd edib:

“'Fatmayı bağcasında uşağa qarşı belə bir vəhşilik. Hələ alnındakı şişi demirəm. Mən anlamıram ki, Fatmayı bağçasında  müəllimlər nə travma keçirib ki, uşaqlardan belə açıq çıxırlar? Hara baxır bu insanlar, bu nə vəhşilikdir? Məlumatı olan varsa zəhmət olmasa desin. Artıq birinci dəfə deyil belə hərəkət. Böyük bacısını da belə edirdi. Gedirdik üstlərinə, ağlayıb yalvarırdılar ki, şikayət etməyin, balama yazığınız gəlsin. Bəs siz niyə başqalarının uşağına əl qaldırırsınız? Sizin işiniz uşaqları tərbiyə etməkdir yoxsa döyüb travma vermək? Lap nadinc də olsa da kimin ixtiyari var uşağa belə vəhşicəsinə hərəkət edə? Bu hərəkəti müəllim xarici ölkədə etsəydi türməyə salıb 10 il cəza verərdilər”.

Məsələ ilə bağlı Fatmayı kənd uşaq bağçasının direktoru Elnurə Nadirzadə AzNews.az-a açıqlamasında baş verən hadisədən məlumatlı olduğunu və bununla bağlı araşdırmaların davam etdiyini deyib:

“Qrupun rəhbəri və tərbiyyəçisindən izahat alınıb. Müəllimə izahında deyir ki, uşaqla davranışda hər hansı zorakılığa yol verməyib. Onların bildirdiyinə görə, uşaq bağçaya iri oyuncaq maşınlarla gəlir. Valideyn isə təkid edir ki, həmin maşınları ondan almayaq. Tərbiyyəçi deyir ki, uşağın başını dəmir maşınlar əzib. Uşaq maşınları ondan heç kim almasın deyə başında, çiynində gəzdirir”.

Elnurə Nadirzadə uşağın hazırda bağçada olduğunu qeyd edib:

“Valideynlə müəllim arasında anlaşılmazlıq olub. Barışıq olub. Hazırda sakitlikdir. Əgər bu məsələ təsdiqini taparsa, müəllimə ilə bağlı cəza tədbirləri görüləcək”.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.