Bakıda və Sumqayıtda Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkaları təşkil olunacaq.
1news.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr tarixlərində fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Nazirlikdən verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:
Bakı şəhəri üzrə:
Xətai rayonu:
- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu:
- Keşlə bazarının ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu :
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
- 12-ci mikrorayon
- köhnə avtovağzalın yanı
Qeyd edək ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
1news.az