Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər”
18 dekabr, 2016 17:48
Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14:00 radələrindən itkin düşən A.A tapılıb.
1news.az aznews.az-a istinadən xəbər verir ki, 3-cü sinif şagirdi olan A.A, onu dilənçilərin oğurladığını deyib:
“Məni soyuqda diləndirdilər”.
Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib:
“Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.