Trampdan daha bir önəmli təyinat
18 dekabr, 2016 14:36
ABŞ-ın yeni prezidenti Donald Tramp Cənubi Karolina ştatından olan respublikaçı-konqresmen Mika Malveyni İnzibati-Büdcə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni prezident Mika Malveynin rəhbərliyi ilə öz administrasiyasının ABŞ-ın büdcəsi ilə bağlı daha düzgün qərarlar verəcəyini bildirib.
Malveyni isə öz potensial təyinatını "şərəf" adlandıraraq Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacağını söyləyib.